00:00:00
Yazar
Admin User
15.08.2025 13:32 110 1 dəq oxuma
Dünya

Alyaskada keçiriləcək görüşdə aydın mövqe ortaya qoyacaq

Alyaskada keçiriləcək görüşdə aydın mövqe ortaya qoyacaq

Rusiyanın Alyaskada keçiriləcək görüş üçün aydın mövqeyi var. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın qarşıdakı görüşünü şərh edərkən bildirib.


Rusiya XİN rəhbərindən Trampın “danışıqların uğursuzluq ehtimalını 25 faiz” qiymətləndirməsi barədə sözlərinə münasibət bildirməsi və rəsmi Moskvanın mövqeyini açıqlaması istənilib.


“Biz heç vaxt qabaqcadan nəsə proqnozlaşdırmırıq. Bilirik ki, bizim arqumentlərimiz, aydın və konkret mövqeyimiz var. Onu da irəli sürəcəyik”, – deyə Lavrov qeyd edib.


Nazir diqqəti ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun səfərləri zamanı artıq çox işin görüldüyünə yönəldib. “Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin də bunu söyləyib. Stiven Uitkoff Prezident Trampın adından çıxış edib. Ümid edirəm ki, sabah bu faydalı söhbəti davam etdirəcəyik”, – Lavrov əlavə edib.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər