00:00:00
Yazar
Admin User
02.09.2025 19:43 192 2 dəq oxuma
Siyasət

Alyaskada Putin və Tramp necə hərəkət etmək barədə razılığa gəliblər":

Alyaskada Putin və Tramp necə hərəkət etmək barədə razılığa gəliblər":

"Avqustun 15-də keçirilən Alyaska sammitində Rusiya və Ukrayna prezidentləri arasında və ya ABŞ prezidentinin iştirakı ilə mümkün üçtərəfli görüş barədə konkret razılıqlar əldə olunmayıb".


Məsələ ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynada apardığı müharibənin diplomatik həlli yolunun uğursuzluğu daha çox Moskvanın iddiaları ilə bağlıdır:

 

“Rusiya iddia edir ki, Krım və Ukraynanın Donbas bölgəsi, yəni dörd vilayət öz ərazisidir. Bu bölgələri işğal etdikdən sonra ərazisi kimi elan edib, bildirir ki, Ukrayna ilə atəşkəs və sülh danışıqlarında əsas şərtlərdən biri həmin regionların Rusiya torpaqları olaraq tanınmasıdır.
İkinci şərti Ukraynanın NATO ya üzv olmamasıdır, daha doğrusu bu niyyətindən əl çəkməsidir. Rusiya bununla beynəlxalq hüquq normalarının, BMT Nizamnaməsini və Ukraynanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suveren hüquqlarını toplayır. Ukrayna isə öz ərazi bütövlüyündən imtina etməyəcəyini və Rusiyanın işğal etdiyi əraziləri təmizləyəcəyini bildirir. Rusiyanın irəli sürdüyü şərtlər danışıqların, sülhün əldə olunmasına mane olan başlıca maneələrdəndir.
İkinci bir məsələ isə Rusiya ilə Ukrayna arasında atəşkəs rejiminin tətbiq olunmasıdır. Bu məsələdə də yenə Rusiya tərəfi cığallıq edir. Rusiya hesab edir ki, Ukrayna tərəfi hər hansı ön şərtsiz atəşkəsin bağlanmasına, atəşkəs rejiminin tətbiqinin tərəfdarıdır. Rusiya isə şərt irəli sürür ki, Ukrayna ordusu Rusiyanın işğal edib, öz ərazisi elan etdiyi vilayətlərdən,bölgələrdən Ukrayna ordusu çıxandan sonra o, atəşkəs rejiminin bağlanmasının tətbiqinə razılıq verə bilər. Bu, Rusiyanın beynəlxalq hüququ pozmasını əngəlləyən başlıca hüquqi siyasi səbəblərdir.
Ukrayna və Rusiya prezidentlərinin görüşündə sənədlər imzalanıb. Bu sənədlərdən ən vaciblərindən biri heç bir ön şərtsiz atəşkəs rejiminin tətbiq olunmasına dair sənəddir. Amma nə Rusiya, nə də Ukrayna irəli sürdüyü təkliflərdən imtina etmir. Ona görə də belə bir sammitin baş tutması indiki şəraitdə mümkünsüzdür. Hazırda Ukrayna daha çox nəzarət etdiyi bölgələrdə möhkəmlənməyə üstünlük verir.
Hesab edirəm ki, Ukrayna payız, qış mövsümünə hazırlıq işləri aparılır. Yaxın zamanlarda isə Rusiya ilə Ukrayna arasında sammitin keçirilməsi gözlənilmir. Alyaska sammitinin isə Rusiyanın Ukraynada apardığı müharibəyə heç bir təsiri olmayıb. Rusiya əvvəlki şəkildə və daha da güclü şəkildə Ukraynaya hücumlar edir. Son günlər Rusiyanın Kiyevi raket atəşinə tutması nəticəsində 20-ə yaxın dinc sakinin həlak olması sanki Alyaska sammitinin nəticəsidir”.

 


Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər