Alyaskadakı görüşün detalları açıqlanmayacaq
Rusiya Prezident Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla Alyaskada görüşünün, o cümlədən ərazi güzəştləri məsələsinin detalları açıqlanmayacaq.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib:
"Ukrayna nizamlanması mövzusu dərindən müzakirə olunub, lakin biz hesab edirik ki, hər hansı təfərrüatı açıqlamaq tamamilə yersizdir, çünki nizamlanmanın maraqları baxımından indi diskret rejimdə işləmək vacibdir".