00:00:00
Yazar
Admin User
30.10.2025 04:55 113 1 dəq oxuma
Dünya

Amerika qoşunları Estoniyanı tərk etməyəcək

Amerika qoşunları Estoniyanı tərk etməyəcək

Amerika qoşunları Estoniyanı tərk etməyəcək.

 

"İnformator.az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.

 

"Bu, Estoniya üçün müsbət qərardır – Birləşmiş Ştatlar bizə bildirib ki, əməkdaşlığımız bu gün olduğu kimi davam edəcək. Mən də onlara siqnal göndərmişəm ki, biz bunu gücləndirməyə hazırıq", - deyə Pevkur Estoniya televiziyasına bildirib.

 

ABŞ-nin NATO ölkələrinə Avropanın şərq cinahındakı qoşunlarının sayını azaltmağı planlaşdırdıqları barədə açıqlamasını şərh edən nazir deyib ki, Birləşmiş Ştatlar Estoniyada qoşun saxlamağın zəruriliyini anlayır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər