00:00:00
Yazar
Admin User
05.09.2025 13:53 122 3 dəq oxuma
Siyasət

Amerikalılar Zəngəzur üçün İrəvana gəlir

Amerikalılar Zəngəzur üçün İrəvana gəlir

Növbəti həftə ABŞ-dən olan nümayəndələr Zəngəzur dəhlizi ("Tramp marşrutu" - TRIPP) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər. ABŞ-li nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da toxunulacaq.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Əlbəttə ki, proses davam edir:

 

“Amerika Birləşmiş Ştatları artıq Zəngəzur dəhlizi ilə bağlı Ermənistanla razılaşma əldə edib. O razılaşma çərçivəsindədə işlər görüləcək. Azərbaycan Prezidenti İlham Əliyev də bu yaxınlarda çıxışlarının birində qeyd elədi ki, o dəhlizin Ermənistandan keçən hissəsindən söhbət gedir, yəni Zəngəzur dəhlizinin özündən. 42 km təxminən məsafədir. Tikilib istifadə verilməsi üçün maksimum 1 il vaxt lazımdır. Amerika şirkətləri gələcəksə, yaxud qardaş Türkiyənin şirkətləri cəlb ediləcəksə ki, bele bir ehtimal haqqında da danışılır, eyni zamanda Azərbaycanda bu işə öz tövhəsini verəcəksə, 1 il nədir, 6 ay içində də o dəhlizi tikib, hazır istifadəyə vermək olar, yəni biz belə hesab edə bilərik ki, 1 ildən sonra, 2026-cı ilin ola bilsin sonlarına doğru həmin dəhliz işləməyə başlayacaq. Gəlsinlər amerikanlar, tiksinlər, qursunlar və bizim bölgəmizə sülhün daha da dayanıqlı olması üçün əlavə töhfə versinlər. Biz həmişə bunun tərəfdarı olmuşuq, Azərbaycan dövləti olaraq, yəni Azərbaycan tərəfi olaraq təbiidir ki, bundan sonra da sülhün daha da möhkəmləndirilməsi üçün atılacaq bütün addımları dəstəkləyəcəyik".

 

Həmçinin şərhçi qeyd edib ki, ümumiyyətlə isə bu dəhliz bütövlükdə qardaş Türkiyənin ərazisindən keçən yolun bir hissəsidir:

 

“Kiçik bir hissə Ermənistan ərazisidir. Bu tərəf Azərbaycandır, o biri tərəf Azərbaycanın olan Naxçıvandır, Naxçıvandan üzü qərbə, Avropaya doğru Türkiyə ərazisidir, yəni Zəngəzur dəhlizi faktiki olaraq bizim böyük bir yolumuzun kiçik bir hissəsidir və əlbəttə ki, mal və məhsulların da daşınması baxımından da olduqca əhəmiyyətlidir. Özəlliklə də Azərbaycanın Rusiya ilə korlanan münasibətləri fonunda bizim o yola çox ciddi ehtiyacımız var. Azərbaycanın istehsal etdiyi, xüsusən də kənd təsərrüfatı məhsullarının Avropaya çıxarılması baxımından Zəngəzur dəhlizi əvəzedilməz bir rola malik olacaq. Bizim elə kənd təsərrüfatı məhsullarımız var ki, onlar iqlim baxımından daha keyfiyyətli, daha arzuolunandır və təbiidir ki, Avropa da bizim məhsullarla tanış olduqdan sonra onlar üçün orada çox böyük bazar açılacaq. Bütövlükdə isə Azərbaycan təbiidir ki, dəhliz işə düşəndən sonra öz mövqelərini daha da gücləndirəcək. Necə ki, Bakı-Tblisi-Ceyhan neft-boru kəməri işə düşəndən sonra Azərbaycan təhlükəsizlik təminatları aldı əlavə və hamımız xatırlayırıq, hətta 44 günlük Qarabağ şavaşımız günlərində Ermənistan cürət edib, o kəmərə bir güllə belə ata bilmədi, çünki bu sadəcə Azərbaycanın təminatı altında olan bir boru kəməri deyil ki, o həm də beynəlxalq güclərin təminatı altında sığortalanmış bir boru kəməridir və ora dönüb çəp baxana mütləq cavab veriləcəkdir. O baxımdan Zəngəzur dəhlizi də beynəlxalq güclərin sığortası altında olacaq və təbiidir ki, bütövlükdə bu Azərbaycanında mövqelərinin daha da möhkəmlənməsinə səbəb olacaq”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər