“Amma İran cəmiyyəti keçmişə qayıtmaq istəmir”
İranın sonuncu şagı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi yenidən Tehrandakı hakimiyyətlə bağlı diqqətçəkən açıqlaması ilə gündəmə gəlib.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin açıqlaması bu şəxsin diqqətləri öz üzərinə çəkmək cəhdindən başqa bir şey deyil:
“İrandakı rejimin o qədər pis imici var ki, xalq vasitəsilə devrilmiş şahın oğlu da “mələk” kimi görünür. Amma İran cəmiyyəti keçmişə qayıtmaq istəmir. Müşahidələrimə görə, İranda əsasən xalqların öz müqəddəratını təyin etmə hüququ uğrunda mübarizə öndədir. Bu isə İranın indiki mənzərəsini qoruyub saxlamaısnı mümkünsüz edir. İran ya federallaşacaq, ya da parçalanacaq. Bunun qarşısını heç kim, xüsusilə də Rza Pəhləvi ala bilməz. Rza Pəhləvinin nə deməsindən, ABŞ və Avropa İttifaqının yanaşmasından asılı olmayaraq İranın gələcəyini Güney Azərbaycanın seçimi həll edəcək. Son prezident seçkiləri bunun təsdiqidir. Gələn il İranın tarixində müham il olacaq”.
Aytac İbrahimova
