00:00:00
Yazar
Admin User
26.09.2025 15:21 88 1 dəq oxuma
Dünya

Anidəki qazıntılarda Səlcuq dövrünə aid kümbət tapılıb

Anidəki qazıntılarda Səlcuq dövrünə aid kümbət tapılıb

Ani Örnək Yerində davam edən qazıntılarda yeni bir Səlcuq kümbəti tapılıb. Anadoludakı ilk Türk-İslam məzarlığı hesab edilən Ani Səlcuq Məzarlığında ortaya çıxarılan bu kümbət, Anadoludakı Türk-İslam dövrünə aid ilk kümbət olma ehtimalı ilə böyük əhəmiyyət kəsb edir.


Mədəniyyət və Turizm naziri Ersoy sosial hesabındakı paylaşımında Anadoluda Türk-İslam tarixinin izlərini araşdırmağa davam etdiklərini bildirib.


Ani qazıntılarının Türk-İslam tarixinə dair yeni tapıntılara işıq tutduğunu, Səlcuqluların Anadolu’dakı ilk izlərindən birinin daha gün üzünə çıxarıldığını vurğulayan Ersoy bunları qeyd edib:


“Ani Örnək Yerində davam edən qazıntılarda yeni bir Səlcuq kümbəti tapılıb. Anadoludakı ilk Türk-İslam məzarlığı hesab edilən Ani Səlcuq Məzarlığında ortaya çıxarılan bu kümbət, Anadolu’dakı Türk-İslam dövrünə aid ilk kümbət olma ehtimalı ilə böyük əhəmiyyət kəsb edir. Nazirliyimizin Mədəni İrs və Muzeylər Baş İdarəsi komandaları başda olmaqla, əməyi keçən bütün alimlərə təşəkkür edirəm”.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər