00:00:00
Yazar
Admin User
29.09.2025 13:11 120 1 dəq oxuma
Siyasət

Ankara əməl etsə, ziyana düşəcək

Ankara əməl etsə, ziyana düşəcək

Ərdoğanla Trampın görüşü ümumilikdə müsbət ab-havada keçib və tərəflər ikitərəfli münasibətləri yaxşılaşdırmaq niyyətində olduqlarını nümayiş etdiriblər

 

Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, bununla belə, Tramp söhbət zamanı Rusiya ilə bağlı müəyyən şərtlər irəli sürüb. ABŞ tərəfi Türkiyənin Moskva ilə enerji, müdafiə və regional əməkdaşlıq sahələrində həddindən artıq yaxınlaşmasını risk kimi görür və Ankaradan bu istiqamətdə daha ehtiyatlı davranmağı gözləyir:

 

"Əgər Türkiyə Trampın şərtlərinə tam əməl etsə, o zaman Rusiya ilə münasibətlərdə ciddi gərginlik yaşana bilər. Bu, həm iqtisadi layihələrə, həm də bölgədəki balanslı siyasətə mənfi təsir edər. Digər tərəfdən, əgər Ankara bu tələbləri nəzərə almazsa, ABŞ ilə münasibətlərdə yeni gərginlik dalğası, sanksiya ritorikasının güclənməsi və müdafiə sənayesində məhdudiyyətlər gündəmə gələ bilər. Bu vəziyyət ABŞ–Türkiyə münasibətlərinə ikili təsir göstərir. Bir tərəfdən, görüşdəki isti mesajlar tərəflərin qarşılıqlı əməkdaşlıq imkanlarını artırır, digər tərəfdən isə Rusiya ilə bağlı ortaya qoyulan şərtlər münasibətlərin gələcəkdə yenidən gərginləşə biləcəyini göstərir. Əslində bu, Vaşinqtonun Ankaranı öz orbitinə yaxın saxlamaq üçün atdığı addımdır, lakin Türkiyə balans siyasətindən tam imtina etsə, regional mövqelərini zəiflətmək riski ilə üzləşə bilər ".


Gülcan Salahova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər