00:00:00
Yazar
Admin User
10.10.2025 17:00 111 1 dəq oxuma
Siyasət

Ankarada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Ankarada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

 

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə regional təhlükəsizlik və müdafiə əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.

 

Mövzu ilə əlaqədar olaraq politoloq Xəqani Cəfərli "İnformator.az" a açıqlamasında bildirib ki, dövlətlərin müdafiə təhlükəsizlik sahəsində çox böyük təcrübələri var:

 

"Türkiyə, Azərbaycan və Gürcüstan təhlükəsizlik və müdafiə sahəsində uzun illik birgə əməkdaşlıq təcrübəsi var. Üç ölkənin müdafiə nazirliklərinin rəhbərləri arasında Ankarada keçirilən görüşün sayca 12-ci olması da əməkdaşlığın tarixinin illər öncəyə dayandığını göstərir.
Türkiyə, Azərbaycan və Gürcüstan təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı hələlik Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasına gətirib çıxarmasa da, prosesin tədricən bu istiqamətdə getdiyi istisna edilə bilməz. Gürcüstanın ərazi bütövlüyü tam bərpa olunmadan isə üçtərəfli əməkdaşlığın ciddi nəticəsindən danışmaq yersiz olar. Hər bir əməkdaşlığın konkret nəticələri olmalıdır. Xüsusilə müdafiə nazirlikləri arasında əməkdaşlığın nəticələri aydın görünməlidir. Əlbəttə bu əməkdaşlıq hər üç ölkənin silahlı qüvvələrinin peşəkarlığının artmasına mühüm töhfə verir. Eyni zamanda üç ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığın genişlənməsinə imkan yaradır. Ancaq bütövlükdə üç ölkənin müdafiə nazirlərinin bu formatda mütəmadi görüşməsi və silahlı qüvvələrinin əməkdaşlığı konkret nəticələr verməlidir. Hazırkı vəziyyətdə də əsas konkret nəticə Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Qənaətimcə, Türkiyə, Azərbaycan və Gürcüstan birlikdə bunu təmin edə bilər".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər