Ankarada nəzarət altında olan bina uçub
Paytaxtın Tunis küçəsində nəzarətli söküntü işləri aparılan bina iş zamanı qəflətən uçaraq çaxnaşmaya səbəb olub.
Tunus küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında söküntü işləri aparılan zaman naməlum səbəbdən uçub.Çökmə zamanı yaşayış binasının dağıntıları ərazidəki bəzi müəssisələrə və nəqliyyat vasitələrinə ziyan vurub. Ərazidə qısamüddətli toz buludu əmələ gəlib.Çökmə zamanı vətəndaşlar çaxnaşma yaşasa da, hadisə nəticəsində ölən və yaralanan olmayıb.AFAD və yanğınsöndürənlər dağıntıları araşdırarkən, hadisə ilə bağlı araşdırma başladılıb.
TRT XƏBƏR
Ləman Mahmudlu