Ankarada yanğın faciəsi: 3 nəfər həbs edilib
Ankaranın Çankaya rayonunda 26 mərtəbəli binada baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində iki podratçı və bir tikinti müdiri həbs edilib.
Ankara Respublika Baş Prokurorluğunun başladığı istintaq çərçivəsində ekspertiza rəyinə əsasən yanğında məsuliyyəti müəyyən edilən bina podratçısı, bina təftiş rəisi, tikinti sahəsinin məsul şəxsi və kooperativ nümayəndəsi də daxil olmaqla ümumilikdə 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Polis idarəsində saxlanılan 6 nəfər şübhəlinin ilkin istintaq prosedurları tamamlanıb. Onlar səhiyyə nəzarətindən keçirildikdən sonra Ankara Ədliyyəsinə gətiriliblər.Şübhəlilər ifadə vermək üçün istintaqı aparan prokurora təqdim edilib, daha sonra isə növbətçi Sülh Cəza Hakimliyinə sövq olunublar.
TRT XƏBƏR
Mahmudlu Ləman