Ankarada zəlzələ riski səbəbindən boşaldılan bina uçub
Ankaranın Çubuk rayonunda daha əvvəl zəlzələ riski səbəbindən boşaldılan 4 mərtəbəli bina uçub.
Komandaların apardığı axtarışlar zamanı dağıntılar altında heç kimin olmadığı müəyyən edilib.
Uçulma anı kameralar vasitəsilə qeydə alınıb.Yıldırım Bəyazıt məhəlləsi Deruni küçəsində 4 mərtəbəli istifadəsiz binanın çökməsi xəbərinin ardından əraziyə xilasetmə, bağışlayan, sağlamlıq və təhlükəsizlik qrupları sövq edilib.
TRT XƏBƏR
Arzu Poladova