00:00:00
Yazar
Admin User
16.07.2023 16:51 309 2 dəq oxuma
Dünya

Anomal istilərlə bağlı qırmızı həyəcan siqnalı

Anomal istilərlə bağlı qırmızı həyəcan siqnalı

 

Avropada havanın hərarəti 47 dərəcəyə yüksələ bilər. Havanın tempuraturunun yüksək olması ilə əlaqədar Avropa ölkələrinin hakimiyyət orqanları əhalini küçəyə çıxarkən ehtiyat tədbirləri görməyə və zəruri olmadıqda səyahət etməməyə çağırıb. Anomal istilər İspaniyada meşə yanğınlarına da səbəb olub. Avropa və Birləşmiş Ştatlar qızmar günəş şüaları ilə mübarizə apararkən, Asiya qitəsində leysan yağışları yağır, sel infrastruktura ciddi ziyan vurur.

 

 

Avropada hökm sürən anomal hava şəraiti ilə əlaqədar İtaliyanın 16 şəhərində qırmızı həyəcan siqnalı verilib. Səhiyyə Nazirliyi paytaxt Roma ilə yanaşı, Florensiya, Boloniya və Palermo da daxil olmaqla, digər böyük şəhərlərdə yaşayan insanlara xəbərdarlıq edib. Ölkədə müşahidə edilən isti hava dalğası Tiber çayının suyunun səviyyəsinin də durmadan aşağı düşməsinə səbəb olub. 

 

 

Qoca qitəni cənginə alan istilər İspaniyada meşə yanğınlarına səbəb olub. Kanar adalarının bir hissəsi olan La Palma adasında başlayan yanğının qarşısını almaq mümkün deyil. Yanğına görə ən azı 500 nəfər təxliyə edilib. Hadisə nəticəsində ən azı 11 ev külə dönüb. İspaniya ordusu yerli mülki xilasedicilərə kömək etmək üçün adaya 150 yanğınsöndürən gətirib. Bundan başqa, yanğınla mübarizəyə bir neçə helikopter və təyyarə cəlb olunub. 

Dünyada elə də yerlər var ki, orada temperatur 60 dərəcəyə qədər çatıb. Kaliforniyadakı Ölüm Vadisində 54 dərəcə isti qeydə alınıb və bu göstəricinin yüksələcəyi istisna edilmir. Maraqlı məqam odur ki, yüksək temperatura  baxmayaraq, isti bölgədə turizmi gücləndirir. Rəsmi rekord 134 dərəcə Fahrenheitdir. Bu, 1913-cü ildə olub və Yer kürəsində qeydə alınan ən isti temperatur kimi tarixə düşüb. Bu həftə sonu temperatur ondan da yüksək ola bilər. 

 

 

Dünyanın bir tərəfində insanlar istilər ilə mübarizə apararkən, digər tərəfində sel can almaqda davam edir. Cənubi Koreyada yağan şiddətli yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. Təbiət hadisəsi nəticəsində 30 -dan çox  insan  həyatını itirib. Ölən, yaralanan və itkin düşənlərin sayının artacağı ehtimal edilir. Bundan başqa, Çunqju şəhərində çayın daşması zamanı 1 yol çöküb, yolun üzərindəki 19 avtomobil isə sulara qərq olub. Cənubi Koreyada yağışların davam etməsi gözlənilir. Hindistan da sulara qərq olub. Musson yağışları iki həftə ərzində ölkənin şimalında 100-dən çox insanın ölümünə səbəb olub. Yeni Dehlidə Camuna çayına yaxın yaşayış məntəqələri isə tamamilə sular altında qalıb, nəqliyyat iflic olub. 

 

Jalə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər