Antalyada keçirilən "Çempionlar" turnirində Azərbaycanın 4 güləşçisi medal qazanıb
Türkiyənin Antalya şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən "Çempionlar" beynəlxalq turniri davam edir. Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, yarışın ikinci günündə Azərbaycanın 4 güləşçisi fəxri kürsüyə yüksəlib.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev bildirib ki, bu Çempionlar turniri maraqlı turnirdir, yəni nüzulu turnirlərdən biridir:
“ Gənclərimizin orada iştirakı və uğur qazanması yaxşı bir haldır. Belə turnirlərdə mütəmadi olaraq iştirak etmək lazımdır, çünki heç də bütün idmançılar rəsmi böyük turnirlərdə, Avropa dünya çempionatı, dünya birincilikləri və və yaxud da ki, hansısa böyük oyunlarda iştirak etmək imkanı əldə edə bilmirlər. Onların özlərini sınamaq, öz hazırlıqlarının vəziyyətini müəyyənləşdirmək üçün əlavə turnirlərə ehtiyacları olur. Medal sayı daha çox ola bilərdi, yəni medalın əyarları daha çox ola bilərdi. Qeyd etdiyim kimi, bu turnirlərdə məqsəd heç də həmişə mütləq bütün medalları qazanmaq, bütün idmançılarımızın ancaq qızıl medal qazanması deyil. Əsas iştirakdır, o da təcrübə toplamaqdır. Beynəlxalq yarışın ab-havasını hiss etməkdir və bu yarışlarda iştirak edən idmançılarımız növbəti daha böyük yarışlarda, qitə miqyaslı, dünya miqyaslı turnirlərdə daha rahat, daha yaxşı çıxış etmək imkanı əldə edəcəklər. Yəni, bu təcrübə onlar üçün təkan rolunu oynayacaq”.
Reyhan Quliyeva