00:00:00
Yazar
Admin User
19.09.2025 06:17 68 1 dəq oxuma
Dünya

AQİF Qırğızıstanın "Elədik Bank" ilə əməkdaşlıq memorandumu imzalayıb

AQİF Qırğızıstanın "Elədik Bank" ilə əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AQİF) Qırğızıstana məxsus "Eldik Bank" ilə investisiya layihələrinin həyata keçirilməsinə yönəlmiş əməkdaşlıq memorandumu imzalayıb.

 

Bu barədə "İnformator.az" Qırğızıstan KİV-nə istinadən xəbər verir.

 

Sənədi AQİF-in İdarə Heyətinin həmsədrləri İqbal Babayev, Zamirbek Osmonov və "Eldik Bank" İdarə Heyəti sədrinin birinci müavini Akılbek Turdaliyev imzalayıblar.

 

Tərəflər Azərbaycan və Qırğızıstan üçün qarşılıqlı maraq doğuran investisiya layihələrinin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.

 

Bundan əlavə, sahibkarlığın inkişafına, iqtisadiyyatın modernləşdirilməsinə və ikitərəfli əməkdaşlıq potensialından istifadəyə xüsusi diqqət yönəldiləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər