00:00:00
Yazar
Admin User
31.07.2023 12:01 288 3 dəq oxuma
Dünya

Araikin "Son akkordları"

Araikin "Son akkordları"

Bir tərəfdə sülh istiqamətində danışıqlar və Qarabağda yaşayan ermənilərə Bakıdan təklif edilən humanitar yardım, digər tərəfdə isə separatçıların hay-küyü, Ermənistanın sülhdən boyunqaçırma cəhdləri.

 

Bölgədə son günlər baş verənləri bu cür şərh etmək olar. Beynəlxalq qınaqdan qorxan İrəvan özünü sabitləşmə prosesində göstərməyə çalışsa da son hadisələr bunun tam əksini deyir.
Araik Arutunyan dırnaqarası parlamentə bir sıra qanunlara dəyişikliklə bağlı təkliflər irəli sürüb. O “Hərbi xidmət haqqında qanuna” dəyişiklik edərək, “hərbi vəziyyət dövründə internet saytlarının, sosial şəbəkələrin fəaliyyətini müvəqqəti dayandırmaq, Qarabağ ərazisində internetə çıxışı qismən və ya tamamilə, həmçinin televiziya, internet, radio vasitəsilə yayılan materialların məzmununun məhdudlaşdırılmasını qanuniləşdirmək istəyir.

 

Erməni mediasının iddiasına görə, “qanunda” Qarabağda vətəndaşların əmlakının idarə edilməsi, seçkili orqanlara təyinatlarının Arutyunyana həvalə edilməsi yer alıb. Analitiklər separatçıların bu təlaşını son akkordlar kimi xarakterizə edirlər. Siyasi şərhçi Telman Qasımovun sözlərinə görə, bütün bunların fonunda Ermənistanla Azərbaycan arasında müxtəlif formatlarda danışıqlar davam edir: “Hələ 3 gün əvvəl Moskvada Xarici İşlər Nazirlərinin başçıları müzakirə masasına əyləşmişdilər. Ancaq çox keçmədi ki, İrəvandan yenə sülhə maneə yaradacaq açıqlamalar gəldi”.

 

Mirzoyan mətbuata müsahibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı ərazi iddiaları irəli sürməklə yanaşı, tarixi faktları təhrif edən əsassız spekulyasiyalarla çıxış etdi. Təbii ki Azərbaycan Xarici işlər Nazirliyindən cavab gecikmədi. XİN-nin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyir ki, Xarici işlər naziri A.Mirzoyanın azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi Qərbi Azərbaycan İcmasının hüquqları ilə Qarabağ bölgəsində yaşayan Erməni sakinlərin hüquqları arasında paralel yanaşma tətbiq olunmadığını iddia etməsi və bu barədə aparılmış danışıqları inkar etməsi, Ermənistanın aidiyyəti beynəlxalq öhdəliklərini, konvensiyalar çərçivəsində məsuliyyətini pozması, o cümlədən, sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir.Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır.


Nəzərə almaq lazımdır ki, Ararat Mirzoyan Ermənistan tərəfdən ölkəsini rəsmi təmsil edən şəxsdir. Amma o Humanitar məsələlərin həlli, sülh müqaviləsinin imzalanmasına çalışmaqdansa absurd iddialarla çıxış edir. Bu isə İrəvanın sülh sazişindən yayınmaq üçün növbəti oyunu kimi şərh edilir . Milli Məclisin üzvü Elşad Mirbəşiroğlunun fikrincə, həm də məqsəd ondan ibarət ola bilər ki, Azərbaycana qarşı qərəzli siyasi mövqe formalaşdırmaqla müzakirə predmenti dəyişdirilsin. “O müzakirə predmentlərindən biri də Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti olsun. Artıq bu istiqamətdə addımlar atılmaqdadır”.
Digər istiqamət isə Beynəlxalq ictimaiyyətdə guya Azərbaycanın Ermənistana ərazi iddiası ilə bağlı fikirlər yaratmaq cəhdləridir. Elə son dövrlər Ermənistanın, xüsusilə Nikol Paşinyanın ölkəsinin hüdudları haqqda xatırlatmalar etməsi bundan xəbər verir. Ancaq Qərbdə çox yaxşı bilirlər ki, rəsmi Bakı danışıqların yalnız sülh müqaviləsi ilə yekunlaşmasına can atır.

Fidan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər