Aralarında Türkiyənin də olduğu 10 ölkə İsraili qınayır!
Türkiyə, Ərəb Liqası və İƏT də daxil olmaqla 10 ölkə İsrail parlamentinin İordan çayının qərb sahilində qondarma “İsrail suverenliyi”ni tətbiq edən bəyannaməni təsdiq etməsini kəskin şəkildə pisləyib.
Xarici İşlər Nazirliyi Bəhreyn, Misir, İndoneziya, İordaniya, Nigeriya, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ərəb Liqası və İƏT-in İsrail parlamentinin İordan çayının qərb sahilinin ilhaqına dair qərarı ilə bağlı imzaladığı birgə bəyanat yayıb.
Mənbə: A Haber
Çimnaz Telmanqızı