00:00:00
Yazar
Admin User
24.09.2025 06:05 75 1 dəq oxuma
Dünya

Argentina öz ərazisində ABŞ-nin hərbi mövcudluğuna icazə verməyə hazırdır

Argentina öz ərazisində ABŞ-nin hərbi mövcudluğuna icazə verməyə hazırdır

Argentina hökuməti maliyyə yardımı müqabilində ölkənin cənubundakı bazada ABŞ hərbçilərinin yerlşməsinə icazə verməyə hazırdır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "TN" telekanalı məlumat yayıb.

 

Məlumata görə, Argentina hakimiyyəti ölkənin ən cənubunda yerləşən Uşuaya şəhərində inşa edilən bazanın Amerika hərbçiləri tərəfindən istifadəsini müzakirə edir. Bu səbəbdən ölkə prezidenti Xavyer Mileylə birlikdə Nyu-Yorka gedən Argentina nümayəndə heyətinə müdafiə naziri Luis Petri də daxil edilib.

 

Telekanalın bildirdiyinə görə, Argentina hökuməti həmçinin etiraf edir ki, Amerika tərəfi Pekinin Cənubi Amerika ölkəsindəki təsirini azaltmaq üçün Buenos-Ayresdən Çinlə valyuta mübadiləsindən imtina etməsini istəyir.

 

Xatırladaq ki, çərşənbə axşamı günü Miley Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşüb. Ötən həftə Argentina lideri bildirmişdi ki, hökumət ABŞ hakimiyyəti ilə borcların ödənilməsi üçün maliyyə yardımının göstərilməsi imkanını müzakirə edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər