00:00:00
Yazar
Admin User
01.11.2025 04:49 143 1 dəq oxuma
Dünya

Argentinaya yeni Baş naziri təyin olunub

Argentinaya yeni Baş naziri təyin olunub

Argentina Prezidenti Xavyer Miley Baş nazir Gilyermo Frankosun istefasını qəbul edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Argentina liderinin Mətbuat xidməti açıqlama yayıb.

 

"Prezident Xavyer Miley Baş nazirin istefasını qəbul edib", - açıqlamada deyilir.

 

Dövlət başçısı həmçinin yeni Baş nazirin təyin olunması barədə qərar qəbul edib: bu, Prezident Administrasiyasının rəsmi nümayəndəsi Manuel Adornidir.

 

"Frankosun xələfi bazar ertəsi (3 noyabr – red.) tarixindən etibarən yeni Baş Nazir Manuel Adorni olacaq", - Mileyin Mətbuat xidmətinin açıqlamasında deyilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər