00:00:00
Yazar
Admin User
07.09.2025 18:31 126 1 dəq oxuma
Dünya

Armani ilə vidalaşmağa 10 mindən çox insan gəlib

Armani ilə vidalaşmağa 10 mindən çox insan gəlib

On mindən çox insan məşhur italiyalı modelyer, “Armani” şirkətinin təsisçisi Corco Armani ilə vidalaşmaq üçün Milanda Armani-Teatro sərgi kompleksinə gəlib. 


"İnformator.az" xəbər verir ki, təşkilatçılar sentyabrın 6-dan insanların Corco Armaniyə ehtiram əlaməti olaraq sərgi kompleksinin binasına gəldiklərini bildiriblər. 

 

Giorgio Armani sentyabrın 4-də 91 yaşında vəfat edib .

 

Armani doğulduğu Piacenza şəhəri yaxınlığındakı Rivaltadakı ailə məzarlığında dəfn ediləcək. Bir neçə il əvvəl dizayner valideynlərinin və qardaşının dəfn olunduğu ailə qəbrini bərpa edib. 

 

Dəfn mərasimi sentyabrın 8-də keçiriləcək. 

 

“Armani” şirkətinin təsisçisinin 12,1 milyard dollar sərvəti var. Onun sərvətinin taleyinə aydınlıq gətirilməyib. 


Övladı olmayan C.Armani heç vaxt ailə həyatı qurmayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər