00:00:00
Yazar
Admin User
09.09.2025 07:46 88 1 dəq oxuma
Dünya

Asiyada münaqişələr mühüm dəniz ticarət yollarını poza bilər

Asiyada münaqişələr mühüm dəniz ticarət yollarını poza bilər

Şərqi və Cənubi Asiyada qeyri-sabitlik riskləri yüksək olaraq qalır.

 

"İnformator.az" xəbər verir ki, bunu Banqladeş Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun baş direktoru İftexar Anis Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun Bakıda keçirilən 13-cü sessiyasında bildirib.

 

"Asiya böyük iqtisadi çəkiyə (dünya üzrə ÜDM-in 40 %-dən və planet əhalisinin 60 %-dən çoxu) malik olsa da, dünyanın ən kəskin gərginlik ocaqlarına malik region olaraq qalır", - o bildirib.

 

İ.Anis vurğulayıb ki, Şərqi və Cənubi Asiyada qeyri-sabitlik riskləri yüksək olaraq qalır: Cənubi Çin dənizində ərazi mübahisələri, Tayvan ətrafında gərginlik, Cənubi Asiyada raket sınaqları və nüvə qeyri-müəyyənliyi.

 

"Bu münaqişələr regional sabitliyi və qlobal tcarət dövriyyəsinin təxminən üçdə birinin keçdiyi vacib dəniz ticarət yollarını poza bilər", - baş direktor qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər