Astronomlar Yerdən təxminən 430 işıq ili uzaqlıqda yeni bir planet kəşf ediblər
Earth.com saytının məlumatına görə, Hollandiyadakı Leiden Universiteti, İrlandiyadakı Galway Universiteti və ABŞ-dakı Arizona Universitetindən alimlərin rəhbərliyi ilə aparılan araşdırma nəticəsində aşkar edilən yeni planetə “WISPIT 2b” adı verilib.
Astronomlar bildiriblər ki, bu kəşf Çilidəki Atakama səhrasında yerləşən Avropa Cənub Rəsədxanasına (ESO) məxsus Çox Böyük Teleskop (VLT) vasitəsilə həyata keçirilib.
Alimlərin qeyd etdiyinə görə, “WISPIT 2b” adlı planet Yerdən təxminən 430 işıq ili uzaqlıqda yerləşir, Yupiter ölçüsündə qaz nəhəngi formasındadır və təxminən beş milyon il yaşı var.
Galway Universitetinin Təbiət Elmləri fakültəsinin müəllimi və araşdırmanın müəlliflərindən biri Kristian Ginski açıqlamasında bildirib ki, onlar gənc ulduzları çox qısa müşahidələrlə araşdıraraq yanlarında planet işığı varmı deyə yoxlayıblar və bu ulduzda gözlənilmədən çoxhalqalı toz diski aşkar ediblər.
Ginski əlavə edib ki, gələcək tədqiqatlarda “WISPIT 2b”-nin Günəşin ilkin formalarına bənzəyən gənc bir ulduzu əhatə edən toz diski içində olduğunu düşünürlər.
Araşdırmanın nəticələri “Astrophysical Journal Letters” jurnalında dərc olunub.
TRT HABER
Solmaz Muradova