00:00:00
Yazar
Səadət Əlizadə
06.11.2026 22:08 25 1 dəq oxuma
Siyasət

Atəşkəs Ukraynada seçkilərin keçirilməsinə şərait yarada bilər -ŞƏRH

Atəşkəs Ukraynada seçkilərin keçirilməsinə şərait yarada bilər -ŞƏRH

Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə ölkədə onlayn seçkilərin keçirilməsinin mümkün olduğunu bildirib. Bunun üçün hüquqi mexanizmin hazırlanmalı olduğunu qeyd edib.
 

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, atəşkəsin əldə olunması Ukraynanın siyasi həyatında yeni mərhələnin başlanğıcı ola bilər:

 


“İlk növbədə, ölkədə seçki prosesinin bərpası üçün müəyyən imkanlar yaranar. Eyni zamanda, siyasi qüvvələr arasında rəqabət güclənə, hakimiyyətin müharibə dövründəki fəaliyyəti daha geniş müzakirə predmetinə çevrilə bilər. Seçkilər Zelenskinin siyasi legitimliyinin yenilənməsi baxımından da əhəmiyyət daşıyır. Bununla belə, atəşkəsin özü seçkilər üçün kifayət deyil. Təhlükəsizlik təminatları, hərbi vəziyyətin hüquqi statusu və seçki qanunvericiliyində dəyişikliklər məsələsi həllini tapmalıdır”.

 


Müsahib qeyd edib ki, Zelenskinin bu açıqlaması təkcə seçkilərin texniki təşkili ilə bağlı deyil, həm də Ukraynanın gələcək siyasi arxitekturası ilə əlaqədardır:


“Müharibədən sonra ölkədə siyasi legitimliyin yenilənməsi və demokratik institutların fəaliyyətinin bərpası mühüm əhəmiyyət daşıyacaq. Lakin seçkilərin mümkün qədər tez keçirilməsindən daha vacib məsələ onların azad, şəffaf və bütün vətəndaşların bərabər iştirakı ilə təşkil olunmasıdır. Çünki müharibədən çıxan Ukrayna üçün əsas siyasi sınaqlardan biri yalnız sülhə nail olmaq deyil, həm də demokratik sabitliyi qorumaq olacaq”.


 

Aysu Abbasova

#bilər #seçkilərin #keçirilməsinə #yeni #-şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər