Ataşehir Esenyurt: CHP-nin rayon qurultayları dayandırılıb
İstanbulun Ataşehir və Esenyurt rayonlarında Seçki Komissiyası, CHP-nin bu bölgələrdə hazırlıqları davam edən qurultaylarını "ehtiyat tədbiri olaraq" dayandırıb. CHP-nin Ataşehir rayon qurultayının 13 sentyabrda, Esenyurt qurultayının isə 14 sentyabrda keçirilməsi planlaşdırılıb. Rayon Seçki Komissiyası qərarın əsas səbəbi kimi İstanbul 45-ci Asliye Hüquq Məhkəməsinin CHP İstanbul İl Rəhbərliyinə qəyyum təyin etməsini göstərib.
Qərarda qeyd olunurub ki, "39-cu Olağan Qurultay prosesi çərçivəsində İstanbul şəhərində və rayonlarında keçiriləcək seçki fəaliyyətlərinin müvəqqəti olaraq dayandırılması tələb olunur." CHP Ataşehir təşkilatı bu qərardan sonra sosial mediada yayımladığı açıqlamada, “Bu qərar, təşkilat iradəmizə və demokratiyamıza vurulmuş açıq bir zərbədir” ifadəsini işlədib.
BBC NEWS
Səmayə Səftərova