00:00:00
Yazar
Elmira Ağayeva
21.08.2026 21:38 10 4 dəq oxuma
Sosial

Aura: İnsan bədənini bürüyən mistik enerji sahəsi və onun sirli kodları

Aura: İnsan bədənini bürüyən mistik enerji sahəsi və onun sirli kodları

 

İnsanlar arasındakı o ilk "elektrik", bir məkana daxil olduqda hissolunan sakitlik və ya əksinə, izaholunmaz gərginlik. Bütün bunların arxasında əslində gözlə görünməyən, lakin daxili dünyamızı xaricə şüalandıran mənəvi bir sahə dayanır. Yunan dilində "yüngül meh" və ya "nəfəs" mənasını verən aura, müasir anlayışda insan bədənini bürüyən, onun fiziki, emosional və ruhi vəziyyətini əks etdirən canlı enerji sahəsidir. Bədəndən təxminən 24 santimetr kənarda yerləşərək bizi bir zireh kimi əhatə edən bu enerji, ruhun xarici təzahürü hesab olunur.

Aura iki əsas müstəvidə formalaşır: daxili emosional və psixoloji inkişafı əhatə edən mənəvi aura və xarici aləmlə təmasda olan, rəngləri hiss edilə bilən eterik aura. Hər bir fərdin özünəməxsus enerji kimliyi olsa da, auranın təməlində duran bir dominant rəng var. Bu rəng insanın xarakterini və potensialını göstərən ən qabarıq göstəricidir. Auranın rəngi zamanla dəyişə bilər. Yaşanan təcrübələr, həyat şəraiti, emosional dəyişikliklər və sağlamlıq vəziyyətindən asılı olaraq auranın rəngi və gücü zamanla təkamül edir.


Güclü və zərif aura: Enerjinizin keyfiyyəti


İnsanlar enerjilərinin səviyyəsinə görə fərqlənirlər. Yüksək və güclü auraya malik olan şəxslər ətrafına işıq və müsbət vibrasiya saçırlar. Onlar neqativ hallardan az təsirlənir, çətinliklər qarşısında daxili tarazlıqlarını qoruyur və girdikləri məkanda dərhal diqqət mərkəzinə çevrilirlər. Ətrafdakılar onların yanında özlərini hüzurlu və təhlükəsiz hiss edirlər. Zəif və ya balanssız auraya malik insanlar isə xarici təsirlərə, mənfi emosiyalara daha tez məruz qalır, mənəvi baxımdan çətinlik çəkir və fiziki olaraq tez yorulurlar.
Aura rəngini öyrənməyin üsulları
Öz dominant aura rəngini bilmək insana daxili potensialını anlamağa, zəif tərəflərini gücləndirməyə və həyat balansını bərpa etməyə kömək edir. Aura rəngini təyin etmək üçün bir sıra sınanmış metodlar var:

Ağ bir divarın və ya kağızın önündə əlinizi yerləşdirin. Baş barmaq ilə şəhadət barmağı arasındakı boşluğa tam fokuslanaraq, sakit və diqqətli şəkildə bir neçə dəqiqə baxın. Bir qədər sonra barmaqların ətrafında yaranan işıq saçan rəng dalğası sizin aura rənginizdir. İlk zamanlar bu rəng yaranmaya və ya heç nə görünməyə bilər. Bu tamamilə normaldır. İşıq dalğasını seçə bilmək üçün bu metodu müntəzəm olaraq bir neçə dəfə təkrar etmək lazımdır.


 Loş otaqda ovuc metodu
Gözü yormayan loş bir otağa keçin. Ovuclarınızı bir-birinə bir neçə dəqiqə intensiv şəkildə sürtdükdən sonra onları bir-birindən azca aralayın və ovuclarınızın içinə tam fokuslanın. İki ovuc arasında görünən rəng sahəsi sizin aura rənginizdir. Şəhadət barmağı metodunda olduğu kimi, bu üsulda da ilk cəhddə nəticə alınmaya bilər. Səbirli olub diqqəti toplamaqla və çalışmanı bir neçə dəfə təkrar etməklə enerjini görmək mümkün olur.

  Numeroloji hesablama metodu

Aura rəngini doğum tarixinizi təşkil edən rəqəmləri toplayaraq da tapmaq olar. Məqsəd alınan yekun cəmi tək rəqəmə (1-dən 9-a qədər) endirməkdir.

Hesablama: Doğum tarixi 14.05.1995 olan bir şəxs üçün:

1 + 4 + 0 + 5 + 1 + 9 + 9 + 5 = 34
3+4= 7  (yekun rəqəmi 7-dir , bənövşəyi)

Rəqəmlər və aura rənglərinin mənaları

 1 – Qırmızı: Güclü, cəsur, lider ruhlu və qərarlı xarakterin rəmzidir. Canlandırıcı və yüksək motivasiyalı enerji bəxş edir.
 2 – Narıncı: İsti, sosial, empatik və ətrafı ilə asanlıqla uyğunlaşan şəxslərdir. Enerjisi şən və birləşdiricidir.
 3 – Sarı: Yaradıcı, pozitiv, əyləncəli və yüksək kommunikasiya bacarığı olan insanların rəngidir. Zehni ayıqlıq və sevinc saçır.
 4 – Yaşıl: Təbiətin, sakitliyin və güvənin rəngidir. Ətrafına hüzur və tarazlıq bəxş edən, səmimi ünsiyyəti sevən insanları təmsil edir.
 5 – Mavi: Azadlığa düşkün, özünü mükəmməl ifadə edə bilən, parlaq zəkaya və zəngin təsəvvürə malik fərdlərdir. Səyahət və həqiqət axtarışını simvolizə edir.
 6 – Göy (İndigo): Mükəmməliyyətçi, yüksək intuisiyalı və mənəvi dərinliyi olan şəxslərdir. İnsanlar arasında xeyirxahlıq və məsuliyyətliliyi ilə seçilirlər.
 7 – Bənövşəyi: Mistik, ruhani oyanışı dəstəkləyən və gələcəyi duyma qabiliyyəti yüksək olan insanlardır. Ətrafına əmin-amanlıq və nəciblik yayır.
 8 – Çəhrayı: Materializm və mənəviyyat arasında körpü quran, əməksevər, məqsədyönlü və müalicəvi sevgi enerjisinə malik şəxslərdir.
 9 – Bürünc: İnsanpərvər, fədakar, humanist və pozitiv düşüncəyə malik müdrik enerjini təmsil edir.

İstisna olan ədədlər (11 və 22)

Numerologiyada hesablama zamanı yekunda 11 və ya 22 ədədləri alınarsa, onlar tək rəqəmə endirilmir, istisna kimi saxlanılır.

 11 – Gümüşü: Yüksək fantaziya, xəyalpərəstlik, idealizm və parlaq intuitiv gücün göstəricisidir.
 22 – Qızılı: Hədsiz potensial, xüsusi liderlik xarizması, böyük uğur meyilliliyi və məsuliyyət hissinin rəmzidir.

Aurası yüksək olan bürclər hansılardır?

Astrologiyada deyilənlərə görə, şərti olaraq məhz bəzi bürclərin təbiətən aurasının daha yüksək və diqqətçəkən olduğu hesab edilir.

 Şir: Özünəinamlı, işıqlı və liderlik enerjisi ilə ətrafı valeh edən aura.
 Əqrəb: Sirli, dərin və baxışları ilə qarşı tərəfi sehrləyən mistik aura.
 Oxatan: Pozitiv, azadlıqsevər və hər kəsə ilham verən geniş aura.
 Qoç: Hərəkətli, cəsur və dərhal təsir altına alan dinamik aura.

Auranı yüksəltmək mümkündür?

Aura rəngi və enerjisi sabit qalmadığı üçün onu müəyyən gündəlik rutinlərlə yüksəltmək və daha da gücləndirmək mümkündür.

 Zehni boşaltmaq və meditasiya: Müntəzəm nəfəs texnikaları və meditasiya aura sahəsindəki gərginliyi təmizləyir, enerjini yeniləyir.

 Sağlam rejim və bədən duruşu: Fiziki olaraq dik duruş xarici aləmə inamlı enerji şüalandırır. Düzgün yuxu və idman isə enerjinin təməlini möhkəmləndirir.

Təbii daşlar: Enerji tezliyini artıran təbii kristal daşlardan istifadə etmək aura sahəsini qoruyur və möhkəmləndirir.

 Sosial ətrafın təmizlənməsi: Neqativ enerji ötürən insanlardan uzaq durmaq auranın zəifləməsinin qarşısını alan ən mühüm addımdır.

Öz daxili dünyamıza göstərdiyimiz diqqət və qayğı xarici aləmə saçdığımız enerjinin keyfiyyətini təyin edir. Auranızı tanımaq və onu yüksəltmək, həyat keyfiyyətinizi bərpa etməyin ən gözəl yoludur.


Samirə Allahverdizadə ‎

#bürüyən #sirli #aura: #enerji #sahəsi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər