"Autizm hamiləlik dövründə asetaminofen istifadəsi ilə əlaqəlidir"
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi elan edib ki, Qida və Dərman Administrasiyası (FDA) həkimlərə hamiləlik dövründə asetaminofen istifadəsinin “autizm riskini çox artırması ilə əlaqəli ola biləcəyi” barədə məlumat verəcək, baxmayaraq ki, onilliklərdir onun təhlükəsiz olduğu sübut olunub.
Tramp deyib: “Onlar qadınlara hamiləlik zamanı tibbi zərurət olmadıqca Tylenol istifadəsini məhdudlaşdırmağı ciddi şəkildə tövsiyə edirlər, məsələn, qızdırmanı müalicə etmək üçün".
Mütəxəssislər bildirirlər ki, autizm bir neçə amilin təsiri ilə yaranır və Tylenol-un hamiləlik dövründə istifadəsi ilə autizm arasındakı əlaqə barədə elmi nəticələr hələ yekun deyil.
Asetaminofen indiyədək hamilə qadınlar üçün ağrı və ya qızdırmaya qarşı yeganə təhlükəsiz reseptsiz seçim hesab olunub. İbuprofen və ya adi dozada aspirin kimi digər geniş yayılmış ağrıkəsicilər hamiləlik zamanı ciddi fəsad riskini artıra bilər. Qızdırmanın müalicə olunmaması isə həm döl, həm də hamilə qadın üçün təhlükəli ola bilər.
CNN News
Fatimə Heydərova