00:00:00
Yazar
Admin User
27.07.2023 10:07 392 2 dəq oxuma
Dünya

Avqustda Putin Türkiyəyə gedir?

Avqustda Putin Türkiyəyə gedir?

Türkiyənin israrlı dəvətlərindən sonra Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə səfəri dəqiqləşib. Düzdür, hələlik səfərin dəqiq vaxtı açıqlanmır, lakin aylardır ölkə sərhədlərini tərk etməyən Putinin bu səfərinin strateji əhəmiyyət daşıdığı ortatadır.

 

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasına görə, həm Türkiyə, həm də Rusiya tərəfinin Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı planları var: “Lakin hələlik konkret tarix, gün barədə razılığa gəlməmişik. Avqust ayı qeyd olunub, başqa variantlar da var. Lakin biz hələ bu işə başlamamışıq. Amma prezidentimiz Ərdoğana Türkiyəyə gələcəyinə dair söz verib. Bu söz Türkiyə prezidentinin son seçkilərdəki qələbəsindən dərhal sonra verilib”.


Nəzərə çatdıraq ki, Türkiyə prezidenti Qərblə Kreml arasında körpü yaradan yeganə liderdir. Ərdoğanın paralel olaraq Zelenski ilə isti münasibətləri var. Türkiyə prezidentinin fikirləri iki cəbhədə də diqqətə alınır. Bu müddətdə Ankara həm Ukraynaya kömək edib, həm də Rusiya ilə ticarəti gücləndirib. Ötən il Rusiya Türkiyənin ən böyük ixracatçısı olub. Ankara Qərbin rədd etdiyi Moskvadan böyük həcmdə güzəştli neft, qaz və kömür alıb.

 

Türkiyə münasibətlərdə tarazlığı demək olar ki, qoruya bilib. Bəs Rusiya ilə münasibətlərin soyuma səbəbi nədir? Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edərkən Kiyevin NATO üzvlüyünə layiq olduğunu bəyan etdi. Eləcə də Putinə vəd etdiyi vaxtdan əvvəl azad edilmiş beş Ukrayna komandirini Kiyevə göndərdi. Bu hadisələr Kremlin narazılığına gətirib çıxardı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov fikir ayrılıqlarına baxmayaraq, "Türkiyə ilə münasibətləri qarşılıqlı faydalı şərtlər əsasında inkişaf etdirmək niyyətindəyik" desə də Kreml bir müddət Ankaranın Vladimir Putinə ünvanladığı dəvətə isti yanaşmadı.

 

Ekspertlərin fikrincə, Ərdoğanın siyasətini Qərbə yönəltməsi Türkiyə iqtisadiyyatını dirçəltmək məqsədi daşıyır. Ekspertlərin fikrincə, Putinin gözlənilən səfəri ərəfəsində Ərdoğanın böyük sərmayə vədləri ilə Yaxın Şərqə getməsi, eləcə də Qərb və Yaxın Şərqdəki qonşuları ilə münasibətləri yaxşılaşdırması onu göstərir ki, indi onun iqtisadi problemlərini həll etmək üçün Putin və Rusiyadan başqa yolu var. Ekspertlərin fikrincə, səfər baş tutarsa, böyük ehtimalla müharibə, taxıl müqaviləsinin davam etdirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunacaq. Bununla belə, ekspertlər qeyd edirlər ki, seçkilərdə qalibiyyət və Qərblə gərginliyin azalması fonunda Ərdoğan Putinlə danışıqlarda bu dəfə daha ağır çəkiyə malik olacaq.

Aysel

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər