00:00:00
Yazar
Admin User
06.02.2024 08:47 419 1 dəq oxuma
Dünya

Avropa Birliyi “Süni İntellekt”lə bağlı tədbirlər planlaşdırıb

Avropa Birliyi “Süni İntellekt”lə bağlı tədbirlər planlaşdırıb

Avropa Birliyi ölkələri süni intellektin qanuni əsaslarla tənzimlənməsi ilə bağlı kritik qərarlar qəbul ediblər.  3 gün davam edən gərgin brifinq  nəticəsində süni intellekt texnologiyalarının gətirə biləcəyi bütün ehtimal edilən riskləri əhatə edən hüquqi aktlar

 

Qanunun ən diqqət çəkən maddələrindən biri dövlətlərin süni intellekt sistemləri ilə insanların həyatına müdaxilə etmək hüququna malik olmaması olub.  Belə bir müdaxilənin fundamental insan hüquqlarına zidd olacağı qərara alınıb.  Digər diqqəti çəkən məqam isə süni intellektli chatbotların daha şəffaf şəkildə işləməsinin zəruriliyidir.  Bu o deməkdir ki, “ ChatGPT” kimi bir çox chatbotların iş prinsipi dəyişə bilər.

 

Bir çox Avropa Birliyi ölkəsi uzunsürən  görüşlərdən sonra 27 ölkənin ortaq qərarı ilə yekun nəticə əldə olunmasından rahatlaşsa da, aktın bəzi maddələrinə qarşı çıxan Fransa kimi ölkələr bu vəziyyətdən narahat olub. Hüquqi tənzimləmənin süni intellekt texnologiyaları ilə maraqlanan bir çox irili-xırdalı şirkətlərə mənfi təsir göstərərək iqtisadiyyata mane olacağını düşünənlər də var.

 

Qəbul edilmiş hüquqi tənzimləmə Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra süni intellekt qanunlarına uyğun olaraq 20 gün ərzində qüvvəyə minəcək.  Ancaq süni intellekt şirkətlərinə yeni qaydalara əməl etmələri üçün əlavə 6 ay müddət veriləcək.

 

Əli Məmmədli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər