Avropa bunu bizdən tələb edə bilməz
Müttəfiqləri ABŞ-dan Rusiyaya qarşı təzyiqləri artırmağı tələb edə bilməzlər, əgər özləri bundan imtina edirsə...
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
“Onlar ABŞ-dan ilk addım atmağı tələb edə bilməzlər, əgər özləri bundan yayınır və Rusiya nefti almağı davam etdirirsə...”, - deyə diplomat bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Avropa ölkələrinə Rusiya neftinin alışından imtina etməyi tövsiyə edib.