Avropa ikincisi “12 Qızıl Adam” vətənə dönüb
2025 Avropa Basketbol Çempionatının (EuroBasket 2025) ikincisi — Azərbaycan milli basketbol komandası Latviyanın paytaxtı Riqadan İstanbula dönüb.
Riqada keçirilən çempionatın finalında Almaniyaya uduzaraq ikinci olan ay-ulduzlu komanda İstanbul Hava Limanına qayıdıb.
Gənclər və İdman naziri Osman Aşkın Bak “12 Qızıl Adam”ı hava limanında qarşılayıb.
Nazir Bak çıxışında belə deyib:
“Bizləri qürurlandırdınız, millətimizi sevindirdiniz. Möhtəşəm işlər gördünüz. Əvvəlcə Ergin müəllimə medal hədəfi qoyduğu, final hədəfi göstərdiyi, komandaya həyəcan və məqsəd verdiyi üçün təşəkkür edirik. Cənab Başqana, Hidayətə və komandasına imkanlar yaratdıqları üçün minnətdarıq. Komandamıza bu güclü quruluşu bəxş edən hər kəsə, 12 Qızıl Adam ruhunu geri gətirdiyi üçün təşəkkür edirik. Bu həyəcanı, bu coşqunu birgə yaşadıq, Türk basketbolu üçün mühüm bir mərhələni geridə qoyduq. İnşallah, daha yaxşı nəticələr olacaq. Millətimizi qürurlandırdığınız üçün təşəkkür edirik. Şampiyonluq gəlir, hamımız birlikdə şampiyonluqları qeyd edəcəyik. Onlara inanırıq,güvənirik”.
TRT Haber
Səadət Əlizadə