“Avropa İttifaqı İranın nüvə ambisiyalarını ciddi təhlükə hesab eləyir”
Avropa Birliyi (AB) BMT Təhlükəsizlik Şurasının 28 sentyabr tarixində əvvəllər 2231 saylı qətnamə ilə ləğv edilən tədbirlərin geri qaytarılması barədə qərarından sonra İrana qarşı bütün nüvə sanksiyaları və məhdudlaşdırıcı tədbirləri dərhal bərpa etməyə başlayır.
Mövzu ilə bağlı polioloq Ülviyyə Züfiqar “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Birliyinin bu sanksiyaları bərpa etməsi həm diplomatik, həm də iqtisadi təzyiq basisi kimi nəzərdə tutulur:
“Bu addımlarla İrana açıq mesaj verilir ki, nüvə proqramında şəffaflıqdan yayınmaq, beynəlxalq öhdəlikləri əməl etməmək onun üçün daha ağır nəticələr verə bilər. İqtisadi sanksiyalar İranın valyuta gəlirlərini, enerji ixracatını və xarici bazarlara çıxış imkanlarını ciddi məhdudlaşdıra bilər ki, bu da ölkə daxilində sosial-iqtisadi gərginliyi artırar. Siyasi baxımdan isə Avropa Birliyi bu qərarla İranla danışıqlar masasına qayıtmağa, nüvə proqramı ilə bağlı güzəştə getməyə məcbur eləyir. Bu təzyiq vasitəsilə də həm də regiondakı tərəfdaş ölkələrə mesaj verirlər ki, Avropa İttifaqı İranın nüvə ambisiyalarını ciddi təhlükə hesab eləyir və qarşısını almaq da qətiyyətlidir. Demək ki, bu sanksiyaların bərpa olunması həm də regionda ümumi siyasi balansda ciddi dəyişikliklərə təsir göstərə bilər. Regionda münaqişə ocaqlarını alovlandıra bilər. İranın öz tərəfdaş hesab elədiyi ölkələrlə münasibətlərini daha da yaxınlaşdıra bilər. Əgər İran təbii ki, hansısa güzətşlərə getməsə, danışıqlar masasına getməsə mümkündür ki, əks halda Yaxın Şərqdə mövcud qarşı durmalar yarana bilər. Təbii ki, bu ən mənfi senaridir. İranın sanksiyalardan dolayı iqtisadi çətinliklərinin artması digər qüvvələrin dəstəyini artıra bilər. Beləliklə Avropa Birliyinin bu sanksiyaları dərhal bərpa eləməsi İranın təkcə iqtisadi və siyasi təcridini dəlinləşdirmir. Həm də beynəlxalq münasibətlərdə yeni qütbləşmələr, regionda isə qarşı durmaların daha da artması ehtimalını gündəmə gətirir”.
Nurgül Yusifova
