00:00:00
Yazar
Admin User
12.09.2025 19:10 156 1 dəq oxuma
Dünya

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini rəsmən altı ay uzadıb. 

 

"İnformator.az" xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat verilib.

 

“Şura Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay - 2026-cı il martın 15-dək uzadılması barədə qərar qəbul edib”, - press-relizdə deyilir.

 

Sanksiyalar 2500-dən çox fiziki və hüquqi şəxsə şamil olunur. 


“Avropa İttifaqı Rusiyaya qarşı təzyiqləri artırmağa, o cümlədən əlavə sanksiyalar qəbul etməyə hazırdır”, - Brüssel vurğulayıb .

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər