00:00:00
Yazar
Admin User
08.09.2025 08:55 110 1 dəq oxuma
Siyasət

Avropa İttifaqına sığınacaq üçün müraciət edən suriyalıların sayı azalıb

Avropa İttifaqına sığınacaq üçün müraciət edən suriyalıların sayı azalıb

Bu ilin ilk altı ayında Avropa İttifaqında (Aİ) sığınacaq üçün müraciətlərin sayı 23 % azalıb. Buna səbəb suriyalıların sayının əhəmiyyətli dərəcədə azalması olub.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, müraciətlərin azalması Avropada miqrasiya böhranı ilə bağlı ictimai-siyasi debatlara müəyyən dərəcədə yumşaldıcı təsir göstərir:


“Son on ildə sığınacaq müraciətlərinin çoxluğu bir sıra ölkələrdə daxili siyasi gərginliklərə, sağ populist qüvvələrin yüksəlişinə səbəb olub. İndi isə rəqəmlərin enməsi həmin qüvvələrin arqumentlərini qismən zəiflədir, miqrasiya ətrafında gərgin ritorikanı yumşaldır və hökumətlərə daha konstruktiv yanaşma imkanı yaradır. Bununla belə, ictimai rəydə miqrasiya məsələsinin tam gündəmdən çıxması mümkün deyil, çünki digər bölgələrdən miqrant axını hələ də davam edir.


Suriyalı qaçqınların müraciətlərinin azalması Avropa İttifaqının Suriya ilə bağlı xarici siyasətinə də təsirsiz ötüşməyəcək. Bu tendensiya Brüsselin miqrasiya idarəçiliyində təzyiqləri azaldaraq, diqqəti daha çox diplomatik həll yollarına yönəltməsinə şərait yarada bilər. İqtisadi və humanitar yardım mexanizmlərinin yenidən nəzərdən keçirilməsi, həmçinin Suriya ilə bağlı regional güclərlə – Türkiyə, İordaniya və Livanla əməkdaşlığın dərinləşdirilməsi ehtimalı artır. Eyni zamanda, qaçqın axınının zəifləməsi Aİ ölkələrinin Suriya daxilində yenidənqurma və sabitləşmə layihələrinə daha fəal dəstək verməsinə imkan aça bilər. Bu isə uzunmüddətli perspektivdə həm Avropanın təhlükəsizliyi, həm də regionda sabitliyin möhkəmlənməsi baxımından əhəmiyyətli addım ola bilər”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər