Avropa İttifaqından Ukraynaya dəstək
Aİ Ukraynaya 2 milyon mərmi göndərəcək Avropa İttifaqı oktyabra qədər Ukraynaya 2 milyon artilleriya mərmisi göndərməyi planlaşdırır.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnfotmator.az"a bildirib ki, yeni dünya düzəninin qurulmasında müharibə əsas alət kimi istifadə olunur:
"Avropa İttifaqının Ukraynaya verdiyi dəstək yeni deyil və bu, Avropanın öz təhlükəsizliyini təmin etməyə yönəlib. Avropa başa düşür ki, Rusiya ilə toqquşma qaçınılmazdır. Avropa üçün Ukraynada müharibənin davam etməsi həm Rusiya ilə qarşıdurmaya hazırlıq, həm də Rusiya təsirini zəiflətmək vasitəsidir. Rusiya üçün də NATO ilə açıq müharibə əvəzinə, Ukrayna ilə zaman qazanmağa çalışır. Bu səbəbdən, həm Aİ, həm də NATO Ukraynaya davamlı dəstək göstərirlər. Ukraynaya dəstəyin iki fərqli baxışı var. Bəzi ekspertlər düşünür ki, dəstək müharibənin uzanmasına səbəb olur. Digərləri isə hesab edir ki, Ukraynanı dəstəkləməklə Rusiyanın qarşısını almaq mümkündür. Ukraynanın Avropa İttifaqına inteqrasiyası isə Rusiyanı xüsusilə qıcıqlandırır. Bu gün də görürük ki, Rusiya keçmiş SSRİ məkanındakı ölkələrin Aİ və NATO ilə yaxınlaşmasını istəmir və bunu Moldova, Ermənistan, Gürcüstan kimi ölkələrə münasibətdə açıq şəkildə göstərir. Əslində, bu müharibənin qarşısını almaq mümkündür, lakin görünür ki, yeni dünya düzəninin qurulmasında müharibə əsas alət kimi istifadə olunur".
Bayramlı Zəri