Avropa İttifaqının Türkiyədəki seçkilərlə bağlı DƏYƏRLƏNDİRMƏ
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von der Leyen Türkiyədə keçirilən seçkiləri yaxından izlədiklərini, yüksək fəallığın böyük nailiyyət olduğunu və ikinci turun nəticələrini gözlədiklərini bildirib.
İnformator.az xəbər verir ki, Von der Leyen Aİ sədri Çarlz Mişel ilə keçirdiyi mətbuat konfransında Türkiyədə keçirilən prezident və 28-ci dönəm parlament seçkiləri ilə bağlı sualı cavablandırıb.
"Bu seçkilərdə böyük fəallıq həqiqətən də önəmli məqamdır. Çünki bu, Türkiyə xalqının səs verərək öz demokratik hüquqlarından istifadə etməyə sadiq olduğunu və demokratik təsisatlara dəyər verdiyini göstərir. Bu, dünənki seçkilərin böyük qələbəsidir. Seçkilər hələ də davam edir. İndi ikinci turu gözləmək lazımdır. Bununla bağlı açıqlamaları çox diqqətlə izləyirik. İkinci turun nə gətirəcəyini görməliyik”, - deyə o, açıqlamasında bildirib.
