Avropa Komissiyası Aİ-nin iqtisadi siyasətini iflasa uğradır - Szijjarto
Macarıstanın Xarici İşlər və Ticarət Naziri Peter Szijjarto Avropa Komissiyasını ABŞ ilə ticarət mübahisələrini həll edə bilməməkdə və Avropa İttifaqının iqtisadi siyasətini sarsıtmaqda ittiham edib.
Nazir bu fikirləri Lüksemburqda keçirilən Aİ-nin ticarət üzrə nazirlər toplantısında səsləndirib. O bildirib ki, Brüsselin səmərəsiz və siyasiləşmiş iqtisadi siyasəti Avropa şirkətlərini çətin vəziyyətə salıb və İttifaqın rəqabət qabiliyyətini azaldıb.
Szijjarto qeyd edib ki, avtomobil sənayesi məhsullarına tətbiq olunan tariflərin azaldılması yolu ilə ABŞ ilə gömrük əməkdaşlığı qurmaq mümkün ola bilərdi, lakin Avropa Komissiyası bunu da reallaşdıra bilməyib.
“Bu gün Aİ Şurasında sual verilməlidir: necə oldu ki, bu yenidən baş verdi?” ,– deyə nazir özünün Facebook səhifəsində yazıb.
TASS
Gülhüseynova Güllər