00:00:00
Yazar
Admin User
17.09.2025 14:07 97 1 dəq oxuma
Dünya

Avropa Komissiyası HƏMAS-ın 10 nümayəndəsinə qarşı sanksiyalar təklif edib

Avropa Komissiyası HƏMAS-ın 10 nümayəndəsinə qarşı sanksiyalar təklif edib

 

Avropa Komissiyası kollegiyasının bu gün keçirilən iclasında təsdiqlənən fərdi sanksiyalar təklifləri arasında HƏMAS-ın siyasi bürosunun 10 üzvü var.

 

"İnformator.az" bildirir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

 

Onların arasında həm Qəzza və Qərb sahilində, həm də digər ölkələrdə olan şəxslər var.

 

Avropa Komissiyasının izahına görə, bu cür sanksiyalar həm onların əmlakının və digər aktivlərinin dondurulmasına, həm də ittifaq ərazisinə girişin qadağan edilməsini əhatə edir.

 

HƏMAS daha əvvəl Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.

 

Qərar qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməlidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər