00:00:00
Yazar
Admin User
10.07.2025 17:14 125 1 dəq oxuma
Dünya

Avropa liderlərindən İtaliya-Ukrayna bərpa konfransında investisiya çağırışı

Avropa liderlərindən İtaliya-Ukrayna bərpa konfransında investisiya çağırışı

 

Avropa liderləri İtaliyada keçirilən illik Ukraynanın bərpası konfransını açaraq, yeni bir səhmdar fondu və dövlət-özəl tərəfdaşlıqlar elan ediblər. Məqsəd Rusiyanın dördüncü ilə qədəm qoymuş tammiqyaslı müharibəni daha da intensivləşdirdiyi bir vaxtda belə, Ukraynanın yenidən qurulmasına sərmayə yatırmaqdır.

İtaliyanın baş naziri Corcia Meloni və Ukrayna Prezidenti Volodimir Zelenski konfransın Romadakı açılışını həyata keçiriblər. Elə həmin gecə Rusiya Ukraynanın paytaxtını növbəti raket və dron hücumu ilə hədəfə alıb. Bu, Moskvanın 2022-ci ilin əvvəlində başlatdığı genişmiqyaslı işğaldan bəri Kiyevə qarşı ən ağır hücumlardan biri olub.

Hazırda keçirilən bu iki günlük tədbir İtaliya və Ukrayna tərəfindən birgə təşkil olunub və artıq bu konfransın dördüncüsüdür.

Zirvə görüşünün məqsədi, Rusiyanın işğal müharibəsinin başlanmasından üç il sonra da Ukraynanın bərpası üçün qlobal sərmayə təşəbbüslərini davam etdirməkdir.


EURONEWS
Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər