Avropa Liqasının püşkü atılıb - "Fənərbağça"nın rəqibləri bilinib
UEFA Avropa Liqasının 2025/2026 mövsümünün əsas mərhələsinin püşkü atılıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə turnirdə mübarizə aparacaq klubların rəqibləri müəyyənləşib.
Türkiyənin yarışdakı yeganə təmsilçisi "Fənərbağça" əsas mərhələdə "Dinamo Zaqreb" (Xorvatiya), "Aston Villa" (İngiltərə), "Ferentsvaroş" (Macarıstan), "Viktoriya Plzen" (Çexiya), "Nitsa" (Fransa), FKSB (Rumıniya), "Ştuttqart" (Almaniya) və "Brenn" (Norveç) komandaları ilə qarşılaşacaq.