00:00:00
Yazar
Admin User
09.07.2025 11:26 148 1 dəq oxuma
Dünya

Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib

Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib.


"İnformator.az" Teleqraf"a istinadən xəbər verir ki, sənədi 490 deputat dəstəkləyib, 147 deputat əleyhinə səs verib.

 

Qətnamədə bildirilib ki, Gürcüstanın Avropa İttfaqına inteqrasiyası ölkənin demokratik prinsiplərdən uzaqlaşması və ötən ilin oktyabrında keçirilmiş parlament seçkilərinin saxtalaşdırılması nəticəsində faktiki olaraq dayandırılıb.

 

Sənəddə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının demokratik islahatlar və avroatlantik inteqrasiya yoluna qayıtmasına çağırış edilib.

 

Avropa Parlamenti hesab edir ki, Gürcüstanda hazırkı siyasi böhran yalnız yeni parlament seçkiləri vasitəsilə aradan qaldırıla bilər.


Qətnamədə “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqinə çağırış da yer alıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər