00:00:00
Yazar
Admin User
02.07.2025 07:27 136 1 dəq oxuma
Dünya

Avropa təbii qazın həcmi 65 mlrd. kubmetrə yaxınlaşır

Avropa təbii qazın həcmi 65 mlrd. kubmetrə yaxınlaşır

Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 58,9% təşkil edir, bu da son beş ilin orta göstəricisindən 9,3 faiz bəndi azdır.

 

Bu barədə “İnformator.az” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

 

Bildirilib ki, hazırda Aİ ölkələrinin anbarlarında qazın ümumi həcmi 64,6 mlrd. kubmetr təşkil edir.

 

Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri təchizatın pozulması və ya anomal soyuq hava şəraiti zamanı qış dövrünə ehtiyatların artırılmasını təmin etmək üçün hər il noyabrın 1-dək öz qaz anbarlarının 90% dolmasını təmin etməlidir.

 

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər