00:00:00
Yazar
Admin User
10.09.2025 17:21 115 2 dəq oxuma
Siyasət

“Avropa üçün geriyə yol yoxdur”

“Avropa üçün geriyə yol yoxdur”

Ukrayna müharibəsi Avropanı getdikcə çıxılmaz vəziyyətə salır. Müharibənin ilk çağlarında ona qoşulmaq istəməyən Avropa ölkələri artıq bu böhrandan xilas ola bilmir. ABŞ-nin təkidləri ilə müharibəyə dəstək verən Avropa ölkələri arasında fikir birliyi olmayıb. Lakin ABŞ artıq bu oyundan çıxıb və yalnız diplomatik səyləri ilə prosesin bir hissəsinə çevrilib.


Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa üçün geriyə yol yoxdur, çünki xalq xərclənən resursların nəyə görə istifadə edildiyini soruşacaq:

 

“Bu isə mövcud iqtidarların nüfuzuna mənfi təsir göstərə bilər, hətta onların məsuliyyətə cəlb olunmasına gətirib çıxara bilər. Avropa liderləri Putini daha qəddar göstərməyə məcburdur. Rusiya bu vəziyyətdən taktiki üstünlük əldə edir. Putinin Polşaya dronlar göndərməsi Avropanın əsəbləri ilə oynayır və onları sanki ələ salır. Avropa isə üç ildən artıq davam edən müharibədən çıxmaq istəyir, lakin geri çəkilmək biabırçılıq hesab olunur. İrəli getmək üçün ABŞ dəstəyinə ehtiyac var, lakin Tramp administrasiyası buna həvəsli görünmür. Avropa ölkələrinin isə münaqişəni dəyişdirmək üçün yetərli potensial və iradəsi çatmır.
Avropa liderlərinin təmtəraqlı bəyanatları cəbhədəki vəziyyəti dəyişə bilmir. Bunun üçün real və konkret işlər tələb olunur. Dünya siyasətində münasibətlər dəyişib, dövlətlər arasında bölünmə artır. Neytral qalmaq istəyənlərə ciddi təzyiqlər var və Rusiyanın hərəkətlərinə yeni reaksiyanı gözləmək çətindir. Bütün bu zərbələr isə əsasən Ukraynaya dəyməkdədir: insanlar həlak olur, infrastruktur dağılıb və dövlət müstəqilliyi ciddi təhlükə altındadır. Müharibə həm Ukrayna, həm də Avropa üçün uzunmüddətli problemlər yaradır və regionun siyasi və iqtisadi stabilliyinə mənfi təsir göstərir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər