00:00:00
Yazar
Admin User
29.08.2025 16:57 108 3 dəq oxuma
Siyasət

Avropa Ukraynada bufer zona məsələsini müzakirə edir

Avropa Ukraynada bufer zona məsələsini müzakirə edir

Avropa rəsmiləri Ukrayna və Rusiya cəbhələri arasında 40 km-lik bufer zona yaradılması imkanını müzakirə edirlər. Bu, sülh sazişi çərçivəsində nəzərdən keçirilən variantlardan biridir. ABŞ bu müzakirələrdə iştirak etmir. Zonaya nəzarət edəcək hərbi qüvvələrin sayı hələ dəqiqləşməyib, 4 min–60 min arasında ola bilər və əsasən Fransa ilə Britaniya hərbçilərindən ibarət olması planlaşdırılır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, bufer zonanın yaradılması Ukrayna üçün təhlükəsizlik tədbiri kimi qiymətləndirilə bilər.

 

“Ukraynanın əsas tələbi budur ki, əgər Qərb Rusiya ilə razılığa gələcəksə, ona təhlükəsizlik zəmanəti verməlidir. Ukrayna bunu NATO müstəvisində istəyir. Lakin NATO birbaşa Rusiyaya qarşı getmək istəmədiyi üçün belə bir təklif irəli sürüldü. Əvvəldən, Rusiya və Ukrayna razılığa gəlib. Daha sonra təmas xətti boyunca bufer zona yaradılır və bufer zonaya Avropa ölkələrinin silahlı qüvvələri yerləşdirilir. Məhz bu silahlı qüvvələr rusların hücumu təhlükəsi qarşısında Ukraynanın təhlükəsizliyini təmin edir. Son müzakirələrdə ABŞ-nin də bufer zonaya havadan dəstəyi məsələsi gündəmə gəlib və müzakirə edilən məsələlərdən biridir. Əslində bu, Ukraynanın təhlükəsizlik tələblərini qarşılamağı məqsəd qoyur. Lakin Rusiya bunu qəbul etmir. Çünki Rusiya bilir ki, Avropa Ordusu əgər Rusiya və Ukrayna təmas xəttinə gələcəksə, faktiki olaraq Rusiya sərhədlərinə bir az da yaxınlaşması deməkdir. Digər tərəfdən Rusiya həm də ondan qorxur ki, əgər təhlükəsizlik tədbirləri Ukrayna üçün bu formada təmin ediləcəksə, sonrakı müddətdə Ukrayna ordusu yenidən güclənərək bir neçə ildən sonra hücuma keçərək öz ərazilərini azad etmək istiqamətində addımlar ata bilər. Bu dəfə Qərb ölkələri də birbaşa Ukrayna yanında olacaq. Bununla yanaşı, Qərbin Ukrayna üçün hazırda verə biləcəyi təhlükəsizlik zəmanəti də bundan fərqli deyil. Çünki birbaşa NATO-nun rəsmi şəkildə prosesə qoşulması Avropanın bütövlükdə rəsmi olaraq müharibəyə cəlb edilməsi deməkdir. Ukrayna müharibəsi başladıqdan bu günə qədər Qərb həmişə bundan yayınıb və indi də buna çalışırlar. ABŞ-nin təbii ki, bu prosesdə iştirak etməməsi Rusiyanın əlini gücləndirən məqamdır. ABŞ bu məsələdə əgər, həmin təhlükəsizlik zonasına dəstəyini ifadə etsə, bu müzakirələrdə Rusiya ilə üz üzə gəlmək deməkdir. Təbii ki, Rusiya üçün daha pis ssenari gətirib çıxara bilər. Amma ABŞ bu prosesdə iştirak etmir. Çünki Tramp administrasiyasının məqsədi əvvəldən görünür ki, Rusiya ilə anlaşaraq Ukrayna məsələsi daxil olmaqdır. Bir çox məsələləri öz xeyrinə dəyişməkdir. Yəni burada məsələ təkcə Ukrayna məsələsi deyil, Amerika üçün strateji rəqib kimi Çindir və belə görünür ki, Tramp administrasiyası Çinə qarşı Rusiya ilə birgə hərəkət etmək niyyətindədir. Bu həm də diplomatik bir gedişdir. Rusiya ilə qarşıya gəlmədən Rusiya ilə anlaşmaq və geosiyasi müstəvidə istəklərinə nail olmaq niyyətindədir. Digər tərəfdən isə Avropanı faktiki olaraq Rusiyanı birbaşa üz üzə qoyur. Bu isə bütün hallarda qeyri-stabil bir bölgəyə çevirir. ABŞ-nin bu prosesdə iştirak etməməsi Ukraynanın əleyhinədir. Ukraynanın əlini zəiflədən Rusiyanın əlini gücləndirən məqamdır”. 

 

Nərgiz Əzizli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər