00:00:00
Yazar
Admin User
29.08.2025 17:22 117 2 dəq oxuma
Siyasət

“Avropa Ukraynanın təslimiyyətini istəmir”

“Avropa Ukraynanın təslimiyyətini istəmir”

Almaniya kansleri Fridrix Merts Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüşün baş tutmayacağını bildirib.

Kansler bunu Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi brifinqdə deyib.

O vurğulayıb ki, Ukrayna münaqişəsi ilə bağlı gələcək danışıqlarda bu fakt nəzərə alınmalıdır.

Qeyd edək ki, Merts Kiyevə endirilən gecə zərbələrindən sonra açıqlama verib. Son məlumatlara görə, zərbələr nəticəsində 19 nəfər həlak olub.

 

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasında hazırda danışıqları idarə edən ölkə ABŞ-dir:

 

“Ancaq Avropa ölkələri bundan ciddi şəkildə narahatdır. Çünki ABŞ-nin irəli sürdüyü məsələlər əsas etibarilə Ukrayna tərəfinin daha çox kapitulyasiya cəlb etmək məqsədi daşıyır. Bu Ukraynaya dəstək göstərən Avropa ölkələrində ciddi şəkildə narahatlıq doğurur. Bu ölkələr heç bir halda Ukraynanın təslimiyyətini istəmirlər. Bu danışıqların getdiyi bir ərəfədə Prezident Tramp və Putin arasında Alyaskada keçirilən görüşdən sonra belə Rusiyanın davamlı şəkildə Ukraynaya hava zərbələri endirməsi, 2 gün əvvəl isə Kiyevə dəhşətli şəkildə hücumu yəni çox güclü zərbələr idi. Müharibədən sonrakı müddətdə Kiyevə endirilən ən güclü zərbələr idi. Yəni sərtliyini daha da gücləndirməsi bu onu göstərir ki, Rusiya tərəfi ABŞ-nin danışıqlardakı iştirakçını bir o qədər də məhəl qoymur. Bu da Avropa ölkələrinin əl-qolunu açmasına kömək edir və konkret şəkildə Almaniyanın kansleri Fridrix Merts təşəbbüsü ələ alaraq 2 liderin görüşməyəcəyini bildirib”.

  

Zeynal Əmrəliyev qeyd edib ki, bu açıqlama əslində Amerika Birləşmiş Ştatlarına və Rusiyaya mesajdır ki, Ukrayna təslim olmayacaq:

 

“Onlar Ukraynaya dəstəyi davam etdirəcəklər. Yəni bu danışıqların heç bir mənası yoxdur. Buradakı əsas məsələ məhz budur. Hazırda Rusiyanın sərgilədiyi ritorika, davranış onu göstərir ki, Putin müharibəni dayandırmaq istəmir. Putin məqsədi müharibəni davam etdirməkdir. Ukrayna da müharibəni bitirmək və Rusiyaya qarşı təslim olmaq istəmir. Buna görə müharibə bundan sonra da davam edəcək. Avropa ölkələri isə Ukraynaya dəstək göstərəcəklər”.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər