00:00:00
Yazar
Admin User
26.09.2025 19:33 161 2 dəq oxuma
Siyasət

“Avropa və ABŞ Çinə qarşı birləşirlər”

“Avropa və ABŞ Çinə qarşı birləşirlər”

"Günahı Çinə atmaq kökləri Avropada olan Ukrayna böhranını həll etməyəcək”.

Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Syakun Pekinin Ukraynadakı müharibəni dayandırması üçün Rusiyaya təzyiq edə biləcəyi ilə bağlı Qərbin iddialarını şərh edərkən bildirib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Pekinin Rusiyaya qarşı açıq təsir göstərməməsi, əlbəttə kifayət qədər ciddi səbəbləri olan bir məsələdir:

 

“Öncə Çin başa düşür ki, bu gün Rusiya Qərblə onun arasında bir mərhələdir. Çin tərəfi bildirir ki, günahı Çinə atmaq Ukranya ilə böhranı həll etməyəcək. Çin də burda haqlıdır, çünki Rusiya-Ukrayna savaşının baş tutmasında Avropanında kifayət qədər rolu var. Bunlar əslində Ukraynanı NATO-ya dəvət etməklə, bir sıra proseslərə qoşmaqla Rusiyanı qıcıqlandırıb bu savaşa çəkə bildilər və bu savaşda da Rusiyanı zəiflədib məğlub etmək, yeni dünya düzənində onu görməmək qərarındadılar. Yəni bu baxımdan Çin də əslində onlarla eyni cür düşünür. Çin də başa düşür ki, Rusiyanı xilas etmək onun özünə bəlalar gətirə bilər. Ona görə Çində bu məsələdə Avropadan fərqli bir şeylər etmir, əksinə savaşı uzatmağa və vaxt qazanmağa çalışır. Çin bu gün həm Rusiya həm də Ukraynaya dronlar satır, yəni bir formada bu savaşın davam etməsini himayə edir, özüdə pul qazanır. Bir tərəfdən əlbəttə bu məsələdə Çinin başqa mövqe tutması, yəni Rusiyanın qarşısında olması ağlabatan deyil. Çünki bu gün Rusiyanın sığındığı tək dövlət Çindir və əslində bu savaş Rusiyanı Çindən asılı vəziyyətə salıb və aslılıq günü-gündən güclənir. Ona görə də savaşın davam etməsi Çinin mövqelərinə, maraqlarına daha çox uyğundur. Bu gün ABŞ-nin də, Avropanın da Çinlə böyük miqdarda ticarəti var. Avropa Çinlə bu gün daha yaxındır, hətta ABŞ onları ayırmaq istəyir, lakin buna gücü çatmır. Yaxın zamanlarda onların eyni siyasi mövzuda Çinə qarşı çıxış etməsini gözləmək olmaz, amma Rusiya sıradan çıxandan sonra onların eyni mövqedə olması mümkündür. Bu isə yaxın gələcəyindir, bir qədər sonranın məsələsidir. Nəzərə alaraq hesab etsək ki, Avropa və ABŞ Çinə qarşı birləşirlər, bu halda əlbəttə Çinə zərər vura bilərlər. Çinlə olan dövriyyəni azaltmaqla, ticarəti zəiflətməklə, Çinin güclənməsinə əngəl törətməklə bunu edə bilərlər, yaxud da Çinin təcrid olunmasına çalışa bilərlər. Amma hələlik bu o qədər də asan deyil, çünki Çinin əlaqədə olduğu dövlətlər Çinin mövqeyini gücləndirir”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər