00:00:00
Yazar
Admin User
08.09.2025 14:59 200 2 dəq oxuma
Siyasət

Avropanın Rusiyaya reaksiyası

Avropanın Rusiyaya reaksiyası

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Ukraynaya hücumlarını sərt şəkildə pisləyib və Kremlin mülki əhalini hədəf aldığını bildirib. Onun sözlərinə görə, Avropa Birliyi Ukraynaya dəstəyini davam etdirəcək və regionda sülhün təmin olunmasına töhfə verməyə çalışır.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna-Rusiya müharibəsinin əsas səbəblərindən biri Qərbin müdaxiləsidir:

 

“Əgər Avropa Birliyi Ukraynanı silahlandırmasa, bu savaş daha tez dayandırıla bilər. Əslində bu münaqişə Ukrayna ilə Rusiya arasında deyil, Rusiyanın Avropa ilə qarşıdurmasının bir hissəsidir. Amma nəticədə bütün itkiləri Ukrayna verir, mülki vətəndaşlar həyatını itirir. Qərb liderlərinin – Makron, Merkel, Von Der Leyen və digər Avropa liderlərinin verdiyi bəyanatlar isə çox vaxt yalnız söz olaraq qalır və insanların həyatına birbaşa fayda gətirmir. Rusiya böyük və güclü dövlətdir, istədiyini əldə etməyənə qədər geri çəkilməyəcək. Sanksiyalar onun imkanlarını məhdudlaşdırsa da, enerji və digər resurslar hesabına iqtisadi tarazlığı qorumağa çalışır. Eyni zamanda büdcəsinin böyük hissəsini hərbi sahəyə yönəldir. Buna görə də Ukrayna müəyyən güzəştlərə getməli və bəzi torpaqlarda geri çəkilməyi nəzərdən keçirməlidir. Krım və Donetsk-Luqansk məsələləri artıq real olaraq geri qaytarıla bilməz. Müharibənin dayandırılması və uzunmüddətli sülhün təmin olunması üçün diplomatik yoldan çıxış yolu yeganə variantdır. Hazırkı mərhələdə ən məqsədəuyğun yol danışıqların İstanbul formatında davam etdirilməsidir. Bu, həm Ukraynanın gələcək gücünü toplamasına, həm də regionda sabitliyin qorunmasına imkan verə bilər”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər