Avstraliya İrana nota verib
Avstraliya xarici işlər naziri Penni Vonq, Melburn və Sidneydəki hücumların arxasında İranın olduğuna dair kəşfiyyat məlumatı olduğunu bildirib və Tehranın “çizgini aşdığını” deyib.
O, İranın Kanberradakı səfirinin persona non-qrata elan edilərək ölkədən çıxarıldığını açıqlayıb. Bu, İkinci Dünya müharibəsindən sonra Avstraliyada ilk belə hadisədir. Vonq həmçinin vətəndaşlara İrana səyahət etməməyi tövsiyə edib. İran isə ittihamları rədd edərək Baş nazir Albanesini “zəif siyasətçi” adlandırıb. Avstraliya, Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb və diplomatlarını geri çağırıb.
TRT Haber
Billurə Quliyeva