Avstraliya-İsrail münasibətləri gərginləşib
Avstraliyanın Baş naziri Entoni Albanese İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin dövlətini tanımaq qərarına görə söylədiyi tənqidlərə cavab verib. O, digər liderlərə hörmətlə yanaşdığını bildirib və Netanyahunun oxşar sözləri daha əvvəl də səsləndirdiyini xatırladıb. Baş nazirin fikrincə, şəxsi hücumlar münasibətləri gərginləşdirir.
Albanese qeyd edib ki, Avstraliya hökumətinin qərarı rəsmi açıqlanmadan əvvəl bu barədə Netanyahuya məlumat verib. Onun sözlərinə görə, bu addım Avstraliyanın mövqeyinin və istiqamətinin aydın göstəricisi olub. Netanyahu isə sosial şəbəkədə Albaneseni İsrailə xəyanətdə ittiham edib.
Münasibətlərin korlanması fonunda İsrail Avstraliya diplomatlarının Fələstin Administrasiyasına vizalarını ləğv edib. Bundan əvvəl isə Avstraliya hökuməti İsrailli bir deputatın vizasını geri almışdı. İsrail həmçinin Qəzzadakı müharibə və humanitar böhran səbəbindən artan beynəlxalq təzyiqlərlə üzləşir.
Reuters
Qəmər Kazımzadə