00:00:00
Yazar
Admin User
04.08.2025 15:04 98 1 dəq oxuma
Dünya

Avstraliya Qəzzaya 13 milyon dollarlıq yardım edib

Avstraliya Qəzzaya 13 milyon dollarlıq yardım edib

Avstraliya, Qəzzada fəaliyyət göstərən beynəlxalq yardım təşkilatlarına təxminən 13 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərəcəyini bildirib.

 

Avstraliya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada, Qəzzada davam edən humanitar böhrana qarşı mübarizə məqsədilə yeni maliyyə yardım paketinin hazırlandığı qeyd olunub. Bildirilib ki, Qəzza sakinlərinə ərzaq, tibbi ləvazimatlar və digər həyati əhəmiyyətli humanitar yardımları tez bir zamanda çatdırmaq imkanına malik təşkilatlara 20 milyon Avstraliya dolları (təxminən 13 milyon ABŞ dolları) məbləğində dəstək veriləcək.

 

Yardım paketində Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Ərzaq Proqramı (WFP), BMT-nin Uşaq Fondu (UNICEF) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) yer aldığı bildirilib. Açıqlamada həmçinin qeyd olunub ki, yardımların bir hissəsi Böyük Britaniya və İordaniya ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

 

Haber Global 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər