00:00:00
Yazar
Admin User
11.09.2025 15:12 97 1 dəq oxuma
Dünya

Avstraliya universiteti 25 il icazəsiz bədən hissələri toplayıb

Avstraliya universiteti 25 il icazəsiz bədən hissələri toplayıb

Avstraliyanın Tasmaniya əyalətində bir universitetin 1966-1991-ci illər arasında 177 nəfərə aid bədən hissələrini ailələrin xəbəri və razılığı olmadan topladığı məlum olub.

 

ABC News-in xəbərinə görə, əyalət məhkəməsinin, Tasmaniya Universitetinə bağlı muzeydə tapılan 3 bədən hissəsinin ailələrə və ya məhkəmə-tibbi ekspertə məlumat verilmədən alındığını müəyyən etməsindən sonra 2016-cı ildə araşdırma başladılıb.

 

Araşdırma nəticəsində 1966-1991-ci illər arasında əyalətdə çalışan patologların meyit üzərində aparılan otopsiyalar zamanı bədən hissələrini götürərək Tasmaniya Universitetinin muzeyinə verdikləri üzə çıxıb.


Məhkəmə-tibbi ekspert Simon Kuper bildirib ki, patologlar yalnız hüquqi məqsədlərlə saxlanılan nümunələrlə kifayətlənməyib, eyni zamanda otopsiyalardan da əlavə nümunələr götürərək muzeyə ötürmüş ola bilərlər.


Tasmaniya Universitetinin Sağlamlıq Fakültəsinin rektor müavini Qreym Zoski isə ailələrin yaşadığı ağrı və narahatlıqdan dərin peşmanlıq duyduqlarını bildirib.


TRT Haber
Nuranə Mərdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər